Azad Rəhimov İsmayıllıda vətəndaşlarla görüşüb

Azad Rəhimov İsmayıllıda vətəndaşlarla görüşüb
# 16 sentyabr 2016 10:07 (UTC +04:00)

Bakı - APA. Gənclər və idman naziri Azad Rəhimov bu gün Balakən, Oğuz, Qax, Qəbələ, Şəki, Zaqatala və İsmayıllı rayonundan olan vətəndaşları qəbul edib.

Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, İsmayıllı rayonundakı Heydər Əliyev Mərkəzində keçirilən qəbula 25-ə yaxın vətəndaş qatılıb.

Müraciətlər gənclər, idman sahələri, sahibkarlığın inkişafı ilə bağlı kreditlərin verilməsi, iş ilə təminat və sahələrini əhatə edib.

Gənclər sahəsi üzrə edilən müraciətlər sırasına QHT-nin yaradılması, gənclər sahələrini əhatə edən layihələrin maliyyələşdirilməsi, gənclərin beynəlxalq səviyyəli tədbirlərdə iştirakı, istirahət düşərgələrinin təşkili, Gənclər Mərkəzlərinin tikintisi və fəaliyyət göstərən mərkəzlərin müvafiq avadanlıqlarla təmin edilməsi və s ilə bağlı olub.

İdman sahəsində fəxri adların verilməsi, idman mərkəzlərinin idman avadanlıqları ilə təmin olunması, bir sıra idman məktəblərində təmir işlərinin aparılması, Olimpiya İdman Komplekslərinin, idman qurğularının tikintisi və təmiri, Uşaq Gənclər və İdman Mərkəzlərinin və bölmələrin yaradılması və s idman sahəsində edilən müraciətlər olub.

Bir sıra müraciətlər yerində həllini tapıb. Araşdırılması tələb edilən məsələlər isə aidiyyəti qurumlara göndərilməsi üçün nəzarətə götürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR