"Dekabank"ın Müdafiə Nazirliyinə qarşı şikayətinə baxılıb

"Dekabank"ın Müdafiə Nazirliyinə qarşı şikayətinə baxılıb
# 06 oktyabr 2016 07:42 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə -APA. Bakı Apellyasiya Məhkəməsində "Dekabank" ASC-nin Müdafiə Nazirliyinə qarşı şikayəti üzrə məhkəmə başa çatıb.


APA-nın məlumatına görə, məhkəmədə bildirilib ki, tərəflər arasında barışıq sazişi imzalandığı üçün işə xitam verilib.

Qeyd edək ki, nazirlik banka qarşı cərimənin ödənilməsi haqqında iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati İqtisad Məhkəməsinə müraciət edib. Məhkəmə iddianı təmin edib. Bank isə qərardan şikayət verib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR