Bahar Muradova: “Azərbaycana yönəlik terror hədələri davam edir”

Bahar Muradova: “Azərbaycana yönəlik terror hədələri davam edir”
# 16 may 2016 13:16 (UTC +04:00)

Bakı. Ramiz Mikayıloğlu - APA. Bu gün Milli Məclisin İnsan hüquqları komitəsinin iclasında “Məlumat azadlığı haqqında” qanuna dəyişikliklər edilməsi barədə qanun layihəsi müzakirəyə çıxarılıb.

APA-nın məlumatına görə, layihə barədə komitə sədri, vitse-spiker Bahar Muradova məlumat verib.

B. Muradova deyib ki, dəyişiklik texniki xarakter daşıyır: “Dəyişiklik “Məlumat azadlığı haqqında” qanunda terror aksiyaları sözü terror aktları sözü ilə əvəz olunmasını nəzərdə tutur”.

B. Muradova qanuna dəyişikliyin texniki xarakter daşımasına baxmayaraq, bu gün dünyada terror təhdidinin ciddi olduğunu vurğulayıb: “Azərbaycana düşmən dairələrin terror aktları törədəcəyi ilə bağlı hədələr də davam edir. Aprel döyüşləri zamanı gördük ki, Azərbaycanın ən ciddi silahlarla belə terrorla hədələnir. Azərbaycan terrora qarşı mübarizədə çox ciddi mövqe tutur, beynəlxalq alyansın çox məsuliyyəti və vicdanlı üzvüdür. Azərbaycan terrora məruz qalan ölkə kimi terrora qarşı bütün mübarizələrin önündə edir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR