Ağdaşda minik avtomobili yanıb

Ağdaşda minik avtomobili yanıb
# 25 fevral 2016 18:34 (UTC +04:00)

Ağdaş. Elvin Yaqubov-APA. Ağdaş rayonunda minik avtomobili yanıb. APA-nın yerli bürosunun xəbərinə görə, hadisə rayonun Ərəb Kükəl kəndində qeydə alınıb. Kənd sakini İsmayılov Ramin Əfzələddin oğlunun idarə etdiyi 10-OD-520 dövlət nömrə nişanlı “Mercedes” markalı minik avtomobili yanıb. Avtomobilin mühərrikində baş verən yanğın qısa vaxt ərzində genişlənib.

Hadisə yerinə FHN-nin Göyçay Dövlət Yanğından Mühafizə Hissəsinin iki yanğınsöndürən maşını cəlb olunub. Alov avtomobilin hər tərəfini əhatə etsə də, yanğın söndürülüb. Hadisə zamanı xəsarət alan olmayıb.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR