Stoltenberg: “NATO Suriyada Rusiyanın hərbi mövcudluğunun artmasından narahatdır”

Stoltenberg: “NATO Suriyada Rusiyanın hərbi mövcudluğunun artmasından narahatdır”
# 08 mart 2016 00:25 (UTC +04:00)

Bakı-APA. NATO Suriyada və Aralıq dənizinin şərqində Rusiyanın hərbi mövcudluğunun artmasından narahatdır.

APA-nın “İnterfaks” agentliyinə istinadən verdiyi məlumata görə, bunu NATO-nun baş katibi Yens Stoltenberq Brüsseldə, Türkiyənin baş naziri Əhməd Davudoğlu ilə birgə keçirdiyi mətbuat-konfransında bəyan edib.

“Rusiyanın müdaxiləsi humanitar böhranı daha da dərinləşdirib, minlərlə insanı Türkiyə sərhədinə üz tutmağa sövq edib, Türkiyənin hava məkanının pozulmasına səbəb olub. Hazırda həmişəkindən daha çox təmkin, gərginliyin azaldılması və dialoqa ehtiyac var”, deyə Y.Stoltenberq bildirib.

Bundan əvvəl NATO-nun Avropadakı birləşmiş qüvvələrinin komandanı, general Filip Bridlav bildirib ki, Rusiya və Suriya Avropada vəziyyəti gərginləşdirmək üçün qaçqın böhranından istifadə edirlər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR