ABŞ-ın Baltimor şəhərində atışma nəticəsində 8 nəfər yaralanıb

ABŞ-ın Baltimor şəhərində atışma nəticəsində 8 nəfər yaralanıb
# 25 sentyabr 2016 04:24 (UTC +04:00)

Bakı-APA. ABŞ-ın Baltimor şəhərində (Merilend ştatı) atışma nəticəsində, üçyaşlı uşaq daxil olmaqla, 8 nəfər yaralanıb.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, xəsarət alanlar xəstəxanaya yerləşdirilib.

CBS telekanalının xəbərinə görə, polis hadisəni törətməkdə şübhəli bilinən üç şəxsi axtarır.

Onlardan biri tüfəng, digərləri isə tapança ilə silahlanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR