Belçika səfiri Türkiyə XİN-ə çağırılıb

Belçika səfiri Türkiyə XİN-ə çağırılıb
# 21 mart 2016 01:39 (UTC +04:00)

Bakı-APA. Belçikanın Ankaradakı səfiri Türkiyə Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb.

APA-nın Reuters agentliyinə istinadən verdiyi xəbərə görə, buna səbəb ötən həftə Brüsseldə PKK-ya dəstək aksiyası olub.

Aksiya miqrasiya üzrə Avropa İttifaqı-Türkiyə sammitinin keçirildiyi zaman baş tutub.

Bununla bağlı Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu belçikalı həmkarı Didye Reyndersə zəng edərək müvafiq tədbirlərin görülməsini tələb edib.

Qeyd edək ki, Kürd Fəhlə Partiyası (PKK) Türkiyə və Avropa İttifaqında terrorçu təşkilat kimi tanınır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR