MDB Xarici İşlər Nazirləri Şurasının iclası keçirilir

MDB Xarici İşlər Nazirləri Şurasının iclası keçirilir
# 08 aprel 2016 10:11 (UTC +04:00)

Moskva. Fərid Əkbərov - APA. Moskvada MDB Xarici İşlər Nazirləri Şurasının iclası başlayıb.


APA-nın Moskva müxbirinin məlumatına görə, iclasda Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov da iştirak edir.

Görüşdə xarici işlər nazirlikləri arasında bir çox sahələrdə məsləhətləşmələrin həyata keçirilməsinə dair 2016-cı ilin planının müzakirə olunması nəzərdə tutulub. Nazirlər əvvəlcə məhdud tərkibdə, daha sonra isə nümayəndə heyətləri ilə birgə görüş keçirəcəklər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR