Dövlət Gömrük Komitəsinin sədri Şirvanda vətəndaşları qəbul edib

Dövlət Gömrük Komitəsinin sədri Şirvanda vətəndaşları qəbul edib
# 25 dekabr 2015 10:16 (UTC +04:00)

Şirvan. Əlibəy Zeynallı - APA. Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev Şirvan Gömrük idarəsinin inzibati binasında Şirvan şəhərindən, Hacıqabul, Sabirabad və Saatlı rayonlarından olan vətəndaşları qəbul edib.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, komitənin müvafiq struktur rəhbərlərinin də iştirak etdikləri qəbulda sakinlərin müraciətləri əsasən işə qəbul, malların idxal və ixracı, bununla əlaqədar sənədləşmə qaydaları və gömrük-keçid məntəqələrində vəziyyət barədə olub.

Qəbul zamanı DGK sədri hər bir vətəndaşın müraciətini diqqətlə dinləyib və qaldırılan məsələlərin qanunvericiliyə uyğun həll edilməsi barədə müvafiq strukturların rəhbərlərinə tapşırıqlar verib.

Vətəndaşların qəbulu zamanı qaldırdıqları məsələlərin bir qismi yerindəcə həllini tapıb. Komitənin səlahiyyətlərinə aid olmayan məsələlərlə bağlı müraciətlər isə müvafiq orqanlara çatdırılmaq üçün qeydiyyata alınıb və nəzarətə götürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR