Obama Hirosimaya səfər edib

Obama Hirosimaya səfər edib
# 27 may 2016 13:39 (UTC +04:00)

Bakı. Türbət Bağırova - APA. ABŞ prezidenti Barak Obama Yaponiyanın Hirosima şəhərinə səfər edib.

APA-nın RİA "Novosti” agentliyinə istinadən verdiyi xəbərə görə, ABŞ lideri şəhərə səfərini atom bombardmanı nəticəsində həyatını itirənlər üçün yaradılmış xatirə muzeyini ziyarətlə başlayıb.

Prezidentin muzeyə səfərə zamanı muzeydə çəkilişlər qadağan edilib.

Canlı bağlantını həyata keçirən NHK teleşirkətinin icmalçısı bildirib ki, bu addım görüntülərin ABŞ ictimai fikrində doğuracağı mümkün təsirlərlə bağlı olaraq atılıb.

Daha sonra B. Obama xatirə abidəsi önünə əklil qoyub.

Abidənin önünə əklil qoyduqdan sonra ABŞ lideri dünyanı nüvə silahından imtina etməyə çağırıb: “Mənim ölkəmin də daxil olduğu bir sıra ölkələr nüvə silahı arsenalına malikdir, biz cəsur şəkildə qorxu məntiqindən yaxa qurtarmalı, sülhə də bu yola can atmalıyıq”.

Hirosimaya səfəri zamanı B. Obamanı Yaponiyanın baş naziri Sindzo Abe müşayiət edib.

Barak Obama Hirosimanı ziyarət edən ilk ABŞ prezidentidir.

Qeyd edək ki, ABŞ Silahlı Qüvvələrinin 1945-ci il avqustun 6-da Hirosima, üç gün sonra isə Naqasakiyə atom bombaları atması nəticəsində minlərlə insan ölüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR