Nazir Ramil Usubov Çex Respublikasının səfirini qəbul edib

Nazir Ramil Usubov Çex Respublikasının səfirini qəbul edib
# 14 yanvar 2016 13:19 (UTC +04:00)

Bakı-APA. Yanvarın 14-də daxili işlər naziri, general-polkovnik Ramil Usubov Çex Respublikasının Azərbaycandakı ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Vitezslav Pivonkanı qəbul edib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya bildirilib ki, qonağa nazirliyin funksiyaları və fəaliyyət istiqamətləri, həmçinin, ölkədəki kriminogen durumla bağlı məlumat verilib. Nazir hər iki dövlətin analoji qurumları arasındakı əlaqələrin vaxtilə ATƏT-in Bakı Ofisi vasitəsilə yarandığını bildirib.

R. Usubov əlaqələrin daha da genişləndirilməsi üçün əlverişli imkanların olduğunu, bu məqsədlə iki ölkənin Daxili İşlər nazirlikləri arasında əməkdaşlığa dair saziş layihəsinin hazırlanaraq qarşı tərəfə təqdim edildiyini xatırladıb.

Səfir Vitezslav Pivonka ölkələr arasında əlaqələrin daha da genişlənməsi üçün səylərini əsirgəməyəcəyini diqqətə çatdırıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR