Azərbaycanla Əfqanıstan arasında hərbi yardım haqqında saziş təsdiqlənib

Azərbaycanla Əfqanıstan arasında hərbi yardım haqqında saziş təsdiqlənib
# 07 sentyabr 2016 15:47 (UTC +04:00)

Bakı-APA. Prezident İlham Əliyev Azərbaycan Respublikası Hökuməti ilə Əfqanıstan İslam Respublikası Hökuməti arasında hərbi yardım haqqında sazişin təsdiq edilməsi barədə fərman imzalayıb.

APA-nın xəbərinə görə, fərmanla bu il iyulun 15-də Bakı şəhərində imzalanmış Saziş təsdiqlənib. Dövlət Sərhəd Xidmətinə Sazişin müddəalarının həyata keçirilməsini təmin etmək tapşırılıb. Xarici İşlər Nazirliyi Sazişin qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Əfqanıstan İslam Respublikası Hökumətinə bildiriş göndərməlidir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR