Rüfət Səfərov barəsində hökmdən apellyasiya şikayəti verilib

Rüfət Səfərov barəsində hökmdən apellyasiya şikayəti verilib
# 16 sentyabr 2016 11:32 (UTC +04:00)

Bakı - Etibar Məmmədov - APA. Zərdab rayon Prokurorluğunun sabiq müstəntiqi Rüfət Səfərovun barəsində Lənkəran Ağır Cinayətlər Məhkəməsində çıxarılan hökmdən apellyasiya şikayəti verilib.

Bu barərə APA-ya vəkil Bəhruz Bayramov məlumat verib. O bildirib ki, məhkəmənin hökmünü hələ almadığı üçün bu gün Apellyasiya Məhkəməsinə ilkin şikayət verib: "Hökmü aldıqdan sonra isə şikayəti tam şəkildə çatdıracağıq".

Qeyd edək ki, bu il yanvarın 15-də Binəqədi rayon Məhkəməsinin qərarı ilə R. Səfərov barəsində 4 ay müddətinə həbs-qətimkan tədbiri seçilib. Həmin qərardan məhkəməyə müraciət olunaraq həbs qərarının ev dustaqlığı ilə əvəz olunması istənilib. Yanvarın 22-də onun müraciətinə Binəqədi rayon Məhkəməsi tərəfindən baxılıb və barəsində seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı ilə əvəzlənib.


R. Səfərov Cinayət Məcəlləsinin 311-ci (rüşvət alma) maddəsi ilə təqsirləndirilib. Lənkəran Ağır Cinayətlər Məhkəməsində onun barəsində 9 illik həbs cəzası çıxarılıb. 



Xatırladaq ki, R. Səfərov Müdafiə Nazirliyinin mətbuat xidmətinin keçmiş rəisi Eldar Sabiroğlunun oğludur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR