“Azercell”dən oğurluq edən şəxs tutulub

“Azercell”dən oğurluq edən şəxs tutulub
# 16 yanvar 2016 10:39 (UTC +04:00)

Bakı. Hafiz Heydərov – APA. “Azercell Telekom”a məxsus stansiyadan oğurluq edən şəxs yaxalanıb.

APA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Salyan Rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində 2014-cü ilin oktyabrında rayon ərazisindəki “Azercell Telekom” şirkətinə məxsus stansiyanın həyətində olan konteynerdən kondisioner oğurlamış rayon sakini Qadir Babayev tutulub.

Aparılmış əməliyyat tədbirləri ilə onun ötən il noyabrın 30-da da həmin stansiyanın həyətindən kondisioner oğurladığı müəyyən edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR