Şəmkir sakini bıçaqlanıb

Şəmkir sakini bıçaqlanıb
# 04 avqust 2016 17:42 (UTC +04:00)

Şəmkir. Azər Məmmədli – APA. Şəmkirdə bıçaqlanma olub.

APA-nın qərb bürosunun verdiyi məlumata görə, rayonun Çinarlı qəsəbəsinin sakini, 1973-cü il təvəllüdlü Toğrul Məmmədov qarın və böyür nahiyələrinin çoxsaylı bıçaq xəsarətləri ilə Şəmkir Mərkəzi rayon xəstəxanasına yerləşdirilib.

Dərhal əməliyyat edilən T. Məmmədovun vəziyyəti ağır qiymətləndirilir. Onun mübahisə zəminində küçədə bıçaqlandığı bildirilir.

Faktla bağlı Şəmkir rayon Polis Şöbəsində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR