Azərbaycan enerji istehsalını 8%-dən çox azaldıb

Azərbaycan enerji istehsalını 8%-dən çox azaldıb
# 04 fevral 2016 11:37 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Bu ilin yanvar ayında Azərbaycanın enerji sistemində 2,1 mlrd. KVt/saata yaxın elektrik enerjisi istehsal edilib.

“Azərenerji” ASC-dən “APA-Economics”ə verilən məlumata görə, bu, 2015-ci ilin yanvar ayı ilə müqayisədə 8,69% azdır.

Xatırladaq ki, 2015-ci il ərzində isə 22,5 milyard KVt/saatdan çox elektrik enerjisi istehsal edilib.

Qeyd edək ki, bununla yanaşı, ay ərzində ölkə enerji sisteminin əlaqəsi olan qonşu dövlətlər ilə elektrik enerjisi mübadiləsi davam etdirilmişdir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR