Bakıda oteldə yanğın olub

Bakıda oteldə yanğın olub
# 18 iyun 2016 13:57 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Bakıda oteldə yanğın baş verib.

APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi məlumata görə, Bakı şəhəri, Xətai rayonunda çoxmərtəbəli yaşayış binasının 2-ci mərtəbəsində yerləşən ümumi sahəsi 420 kv. m olan otelin otağında 1 kv. m sahədə divar kağızı yanıb.

Otağın qalan hissəsi və digər otaqlar yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR