Azərbaycan millisi “Antalya cup” turnirinin qalibi olub

Azərbaycan millisi “Antalya cup” turnirinin qalibi olub
# 28 yanvar 2016 14:43 (UTC +04:00)

Bakı – APA. Bu gün Türkiyədə keçirilən “Antalya cup” turnirində IV turun oyunları keçirilir. Apasport.az saytının məlumatına görə, Antalyada təşkil olunan yarışda mübarizə aparan 21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi son oyununda Bəhreynin U-20 yığması ilə görüşüb.

Turnirin V turunda oynamadan vətənə dönəcək komandamız bu matçda 4:0 hesabı ilə qalib gəlib. Bu, Yaşar Vahabzadənin yetirmələrinin turnirdə 4-cü qələbəsi olub. Bunadək Ukraynanı 2:1, Səudiyyə Ərəbistanını 3:0, Albaniyanı 4:0 hesabı ilə məğlub edən yığmamız Bəhreyni də yenməklə turniri 1-ci pillədə başa vurub. Ardıcıl 3-cü dəfə böyük hesabla qalib gələn millimiz xal hesabını 12 xala çatdırıb.

Son turda Kosovo ilə qarşılaşmalı olan yığmamız bu oyuna çıxmadan vətənə dönəcək. Xalını 12-yə çatdırmaq şansları olan Ukrayna ilk tura təsadüf edən şəxsi oyunda millimizə uduzduğundan liderik şansını əldən verib.

Qeyd edək ki, turnirin V turunun oyunları yanvarın 30-da keçiriləcək. Yığmamız isə futbolçularının klubların düşərgəsinə qayıtması üçün sabah vətənə dönəcək.

“Antalya cup”

IV tur

28 yanvar

Azərbaycan U-21 – Bəhreyn U-20 - 4:0

Qollar: Taşkın İlter, 5, Elnur Cəfərov, 24, Ruslan Nəsirli, 79, Abbas Hüseynov, 83

“Su Səsi” otelinin “A” meydançası

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR