Moskvada tikiş müəssisəsində yanğın nəticəsində 9 nəfər ölüb

Moskvada tikiş müəssisəsində yanğın nəticəsində 9 nəfər ölüb
# 31 yanvar 2016 03:41 (UTC +04:00)

Bakı-APA. Moskvanın şərqində yerləşən tikiş müəssisəsində baş vermiş güclü yanğın nəticəsində 9 nəfər ölüb. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, ilkin məlumata əsasən, ölən şəxslər Orta Asiya respublikalarının vətəndaşlarıdır.

Məlumata görə, müəssisənin 500 kv.m sahəsini əhatə etmiş yanğın gecə 01.55-də söndürülüb. Yanğının söndürülməsinə ümumilikdə 123 yanğınsöndürəndən ibarət 38 briqada cəlb olunub.

İlkin məlumata görə, yanğına səbəb elektrik avadanlıqda nasazlıq və odla ehtiyyatsız davranma olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR