Ukraynada mikroavtobus yük avtomobili ilə toqquşub, 8 nəfər ölüb, 4 nəfər xəsarət alıb

Ukraynada mikroavtobus yük avtomobili ilə toqquşub, 8 nəfər ölüb, 4 nəfər xəsarət alıb
# 27 mart 2016 22:40 (UTC +04:00)

Bakı-APA. Ukraynanın Poltava vilayətində dəhşətli yol qəzası baş verib.

APA-nın “İnterfaks-Ukrayna” agentliyinə istinadən verdiyi məlumata görə, qəza Kiyev-Xarkov-Dovjanski yolunun 208-ci kilometrində qeydə alınıb.

“Mercedes” markalı mikroavtobusun DAF markalı yük avtomobili ilə toqquşması nəticəsində 8 nəfər ölüb, 4 nəfər xəsarət alıb.

Hadisənin başvermə səbəbləri barədə məlumat verilmir. Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR