Naxçıvan sakini tapdığı silah-sursatı polisə təhvil verib

Naxçıvan sakini tapdığı silah-sursatı polisə təhvil verib
# 08 fevral 2016 10:08 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Naxçıvan sakini tapdığı silah-sursatı polisə təhvil verib.


APA-nın DİN-in saytına istinadən verdiyi məlumata görə, şəhər sakini Ramil Kəngərli tapdığı nömrəsi silinmiş “Makarov” markalı tapançanı, 1 ədəd nömrəsi silinmiş “Desert Falkon” markalı qaz tapançasını, 1 ədəd nömrəsi silinmiş “İJ SPL-01” markalı idman tapançasını, 1 ədəd “F-1” qumbarasını, 5 ədəd patron darağını və 1124 ədəd müxtəlif çaplı patronu könüllü olaraq Naxçıvan şəhər Polis İdarəsinə aparıb.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR