Vəkil Adəm Məmmədov barəsində cinayət işi başlanıb

Vəkil Adəm Məmmədov barəsində cinayət işi başlanıb
# 05 dekabr 2015 09:38 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Vəkil Adəm Məmmədovun barəsində cinayət işi başlanılıb.

Bu barədə APA-ya məlumat verən A. Məmmədov bildirib ki, cinayət işi Ədliyyə Nazirliyinin istintaq idarəsi tərəfindən başladılıb. A. Məmmədov bildirib ki, buna “Gündəlik Bakı” qəzetinin baş redaktoru Habil Vəliyevin şikayəti səbəb olub: “Habil Vəliyev mənim tərəfimdən təhqir olunduğunu və döyüldüyünü iddia edərək şikayət edib. Lakin belə bir hadisə baş verməyib. Əksinə mən Habil Vəliyev tərəfindən məhkəmə zamanı təhqir olunmuşam”.

Adəm Məmmədov məsələ ilə bağlı prezident İlham Əliyevə, baş prokuror Zakir Qaralova, milli təhlükəsizlik nazirinin birinci müavini Mədət Quliyevə və digər şəxslərə müraciət etdiyini də bildirib.

“Gündəlik Bakı” qəzetinin baş redaktoru Habil Vəliyev isə APA-ya açıqlamasında bildirib ki, A. Məmmədov tərəfindən təhqir olunub: “Bir neçə ay əvvəl Yasamal rayon Məhkəməsində keçirilən iclas zamanı Adəm Məmmədov kitabı və qələmi mənə tərəf atdı. Bu məhkəmənin gözü qarşısında baş verdi. Onun belə etməyinin səbəbi isə həmin gün məhkəməyə əsəbi şəkildə gəlməsi idi. Bu hadisədən sonra protokol tərtib olundu və onun barəsində cinayət işi başlanıldı”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR