Avropa İttifaqı ilə Avropa Şurası Azərbaycanda çalışacaq məsləhətçilərin işə qəbulunu elan edilib

Avropa İttifaqı ilə Avropa Şurası Azərbaycanda çalışacaq məsləhətçilərin işə qəbulunu elan edilib
# 07 yanvar 2016 13:10 (UTC +04:00)

APA-nın quruma istinadən verdiyi məlumata görə, vakansiya “2015-2017-ci illər üzrə Avropa Şurası-Avropa İttifaqı Şərq Tərəfdaşlığı üzrə Proqramlı Əməkdaşlıq Çərçivəsi” əsasında həyata keçiriləcək.

Layihənin məqsədi məhkəmələrin effektivliyini artırmaq, hakimlərin təlim səviyyəsini, məhkəmələrin müstəqilliyini inkişaf etdirmək və onları Avropa standartlarına uyğunlaşdırmaqdır. Yerli qısamüddətli məsləhətçilərin Bakı və Azərbaycanın müxtəlif regionlarda fəaliyyət göstərəcəyi planlaşdırılır. Bu gündən başlayan ərizə qəbulu yanvarın 22-də bitəcək.

Layihə Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyi ilə sıx əməkdaşlıq çərçivəsində həyata keçiriləcək. Layihə Ədliyyə Nazirliyi, Məhkəmə Hüquq Şurası, Hakimlərin Seçim Komitəsi, Ədliyyə Akademiyası və 5 məhkəmə ilə əməkdaşlığı əhatə edəcək. Layihənin icrasına 2016-cı ilin fevralında başlanılacaq, 70 iş günü olmaqla, ən geci 2016-cı ilin dekabrında bitirilməsi planlaşdırılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR