Rio-de-Janeyroda XV Yay Paralimpiya oyunlarının açılış mərasimi keçirilib - YENİLƏNİB

Rio-de-Janeyroda XV Yay Paralimpiya oyunlarının açılış mərasimi keçirilib - <span style="color: red;">YENİLƏNİB
# 08 sentyabr 2016 01:31 (UTC +04:00)

Bakı-APA. Sentyabrın 8-də Braziliyanın Rio-de-Janeyro şəhərindəki “Marakana” stadionunda XV Paralimpiya Oyunlarının açılış mərasimi keçirilib.

APA-nın məlumatına görə, Braziliyanın dövlət himninin səsləndirilməsindən sonra yığma komandaların təntənəli keçidi olub.

Açılış mərasimində Azərbaycan bayrağını ikiqat Paralimpiya çempionu, “Bakı-2015” ilk Avropa Oyunlarının qalibi İlham Zəkiyev aparıb.

XV Yay Paralimpiya Oyunlarında idmanın 22 növü üzrə 528 dəst medal uğrunda yarışlar keçiriləcək. Paralimpiadada ümumilikdə 4350 idmançı medallar uğrunda mübarizə aparacaq.

Azərbaycan XV Yay Paralimpiya Oyunlarında 24 idmançı ilə təmsil olunur. İdmançılarımız cüdo, atletika, pauerliftinq, üzgüçülük, güllə atıcılığı və kamandan oxatma yarışlarında mübarizə aparacaqlar.

***

01:41

Bakı-APA. Braziliyanın Rio-de-Janeyro şəhərində XV Yay Paralimpiya Oyunlarının açılış mərasimi keçirilir.

APA-nın məlumatına görə, mərasim “Marakana” stadionunda təşkil olunub.

Sentyabrın 18-dək davam edəcək yarışlarda 160 ölkəni təmsil edən 4 300-dən çox idmançı 22 növ üzrə 528 dəst medal uğrunda mübarizə aparacaq.

Açılış mərasimində Azərbaycan bayrağını ikiqat Paralimpiya çempionu, “Bakı-2015” ilk Avropa Oyunlarının qalibi İlham Zəkiyev aparacaq. Azərbaycanı Paralimpiya Oyunlarında 24 nəfər təmsil edəcək. İdmançılarımız cüdo, atletika, pauerliftinq, üzgüçülük, güllə atıcılığı və kamandan oxatma növü üzrə yarışlarda iştirak edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR