Samux sakini elektrik dirəyindən yıxılıb

Samux sakini elektrik dirəyindən yıxılıb
# 23 noyabr 2015 06:15 (UTC +04:00)

Samux. Azər Məmmədli – APA. Samux rayon sakini elektrik dirəyindən yıxılaraq xəsarət alıb.

APA-nın qərb bürosunun verdiyi məlumata görə, Samux rayon Sərkar kənd sakini, 1963-cü il təvəllüdlü Mobil Babayev sağ ayağın sınığı xəsarəti ilə Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına yerləşdirilib. Dərhal ona tibbi yardım göstərilib, vəziyyətinin normal olduğu bildirilir. Məlumata görə M. Babayev qonşusunun evində elektrik enerjisini bərpa etmək üçün sərxoş vəziyyətdə elektrik dirəyinə çıxıb və oradan yıxılaraq xəsarət alıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR