Milli Məclisin sədr müavinləri seçilib

Milli Məclisin sədr müavinləri seçilib
# 24 noyabr 2015 11:09 (UTC +04:00)

Bakı. Ramiz Mikayıloğlu - APA. Bu gün V çağırış Milli Məclisin (MM) ilk sessiyasında MM sədri müavinlərinin seçkisi keçirilib.

APA-nın məlumatına görə, Ziyafət Əsgərov MM sədrinin I müavini, Bahar Muradova və Valeh Ələsgərov isə sədr müavinləri seçiliblər.

Qeyd edək ki, adı çəkilən şəxslər bundan əvvəlki çağırışda da MM sədrinin müavinləri olublar.

İclasda Azərbaycan prezidenti İlham Əliyev də iştirak edir.

Sessiyada parlamentin komitə sədrləri və komitə sədrlərinin müavinlərinin seçilməsi də nəzərdə tutulub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR