Gəncədə baş verən yol-nəqliyyat hadisəsində üç nəfər xəsarət alıb

Gəncədə baş verən yol-nəqliyyat hadisəsində üç nəfər xəsarət alıb
# 01 yanvar 2016 12:20 (UTC +04:00)

Gəncə. Azər Məmmədli - APA. Gəncədə 3 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın qərb bürosunun verdiyi məlumata görə, şəhərin Bayan küçəsində, Gəncə-Üçtəpə avtomobil yolunda “VAZ 2107” markalı avtomobillə “Opel” markalı avtomobilin toqquşması nəticəsində, 1986-cı il təvəllüdlü Elvin Musayev, 1970-ci il təvəllüdlü Firdovsi Babayev və 1962-ci il təvəllüdlü Kifayət Vəliyeva müxtəlif bədən xəsarətləri alaraq Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına yerləşdiriliblər. Vəziyyətlərinin orta ağır olduğu bildirilir.

Faktla bağlı hüquq mühafizə orqanları tərəfindən araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR