Bakı-APA. Xaçmazda yanğın hadisəsi qeydə alınıb.
APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Xaçmaz rayonu, İlxıçı Həsən Əfəndi kəndində bələdiyyəyə məxsus ərazidə 60 ha biçilmiş taxıl sahəsi və kol-kos yanıb.
Qonşu ərazilər yanğından mühafizə olunub. Yanğın saat 18:25-da yanğınsöndürənlər tərəfindən söndürülüb.