Yavər Camalov David Kadnerlə görüşüb

Yavər Camalov David Kadnerlə görüşüb
# 14 mart 2016 13:52 (UTC +04:00)

Bakı. Fərid Mirzəyev – APA. Bu gün müdafiə sənayesi naziri Yavər Camalov Çex Respublikasının Parlamentinin Deputatlar Palatasının Müdafiə Komitəsinin sədri David Kadnerin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb. Müdafiə Sənayesi Nazirliyindən APA-ya verilən məlumata görə, Y. Camalov Azərbaycanla Çex Respublikası arasında müxtəlif sahələrdə inkişaf edən ikitərəfli əməkdaşlığı yüksək qiymətləndirib.

Nazir Müdafiə Sənayesi Nazirliyinin fəaliyyəti ilə bağlı nümayəndə heyətinə məlumat verib.

Görüş zamanı qarşılıqlı maraq doğuran məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR