SOCAR qazma işlərini artırıb

SOCAR qazma işlərini artırıb
# 05 sentyabr 2016 09:45 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Bu ilin avqust ayı ərzində SOCAR tərəfindən (Müştərək Müəssisələr və Əməliyyat Şirkətləri istisna olmaqla) 12 567 metr qazma işi həyata keçirilib.

SOCAR-dan "APA-Economics"ə verilən məlumata görə, bu, 2015-ci ilin avqust ayı ilə müqayisədə 2 924 metr və ya 30,32% çoxdur. Bu sahədə görülmüş işlərin 12 484 metri istismara, qalanı isə aid olub.

Ümumiyyətlə, bu ilin yanvar-avqust aylarında SOCAR üzrə (Müştərək Müəssisələr və Əməliyyat Şirkətləri istisna olmaqla) 74 248 metr qazma işi görülüb. Bu, ötən ilin 8 ayı ilə müqayisədə 285 metr və ya 0,38% çoxdur. Bunun da 72 948 metri istismara, 1300 metri isə kəşfiyyata aid olub.

Bundan əlavə, avqust ayı ərzində qazmadan alınmış 4, ilin əvvəlindən isə 39 yeni quyu tikinti ilə başa çatdırılaraq mədənçilərə təhvil verilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR