Fil Dişi Sahilində BMT-nin 3 sülhməramlısı ölüb

Fil Dişi Sahilində BMT-nin 3 sülhməramlısı ölüb
# 31 may 2016 00:02 (UTC +04:00)

Bakı-APA. Fil Dişi Sahilində BMT-nin 3 sülhməramlısı ölüb.

APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, ərazini patrul edən hərbçilərin nəqliyyat vasitəsi naməlum səbəbdən aşıb.

Bildirilir ki, ölənlər Seneqal vətəndaşlarıdır. Qeyd edək ki, indiyədək müxtəlif səbəblərdən Fil Dişi Sahilində 104 BMT sülhməramlısı həyatını itirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR