Nazir: “Azərbaycan Əfqanıstanı Avropa ilə birləşdirəcək Yeni İpək Yolunun mühüm hissəsidir”

Nazir: “Azərbaycan Əfqanıstanı Avropa ilə birləşdirəcək Yeni İpək Yolunun mühüm hissəsidir”
# 01 dekabr 2015 16:38 (UTC +04:00)

Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, bunu Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov NATO Qətiyyətli Dəstək Nazirlər toplantısında çıxışı zamanı deyib.

Nazir qeyd edib ki, Azərbaycanın QDM-ə eyni sayda heyətdən ibarət qoşunla verdiyi töhfə 2016-cı ildə də davam etdiriləcək. Azərbaycanın Əfqanıstan Milli Ordusu Etimad Fonduna artıq 1 milyon avro ianə şəklində yardım etdiyini xatırladan E. Məmmədyarov bildirib ki, ölkəmiz 2017-ci ilin sonuna qədər Əfqanıstan Milli Ordusu Etimad Fonduna 2 milyon avro töhfə verəcək.

“İlk tranş artıq NATO/Əfqanıstan Milli Ordusu Etimad Fonduna köçürülüb. Bundan başqa, mən QDM-in tamamlanmasından sonra NATO-nun gücləndirilmiş Davamlı Tərəfdaşlıq missiyasına qoşulmaq üzrə prinsipial razılığımızı vurğulamaq istərdim. Son olaraq bildirmək istərdim ki, ölkəmin Əfqanıstanın sabitliyinə töhfəsi NATO əməliyyatlarında iştirakdan genişdir. Biz təhsil və təlim, infrastruktur və nəqliyyatın inkişafı, investisiyalar sahəsində və maliyyə yardımı vasitəsilə əməli töhfələrimizi artırmaqla, Əfqanıstanı özü-özünü təmin etmək məqsədilə tutduğu islahatlar yolunda dəstəkləyirik. Azərbaycan Əfqanıstanı Avropa ilə birləşdirəcək və bununla Əfqanıstanın davamlı gələcəyi üçün imkanlar açacaq Yeni İpək Yolunun mühüm hissəsidir”, - deyə o vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR