Oğurluq edən şəxslərə hökm oxunub

 Oğurluq edən şəxslərə hökm oxunub
# 12 yanvar 2016 13:31 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində oğurluqda təqsirləndirilən şəxslərə hökm oxunub.

APA-nın məlumatına görə, məhkəmənin hökmü ilə Pərviz Cəfərov 8 il, Samir Allahyarov isə 5 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, Daxili İşlər Nazirliyinin yaydığı məlumata görə, Abşeron rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində ötən il yanvarın 15-də Rahib Quliyevin evindən inşaat materialları oğurlamış Mehdiabad qəsəbə sakinləri, əvvəllər məhkum olunmuşlar - Samir Allahyarov və Pərviz Cəfərov tutulublar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR