Rusiyanın baş naziri Dağlıq Qarabağ münaqişəsinin gərginləşməsinə yol verməməyə çağırıb

Rusiyanın baş naziri Dağlıq Qarabağ münaqişəsinin gərginləşməsinə yol verməməyə çağırıb
# 07 aprel 2016 18:29 (UTC +04:00)

Bakı-APA. Rusiyanın baş naziri Dmitriy Medvedev Dağlıq Qarabağ münaqişəsinin gərginləşməsinə yol verməməyə çağırıb.

“Ən əsası münaqişənin qaynar mərhələyə keçməsinə yol verməməkdir”. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bunu İrəvanda rəsmi səfərdə olan Rusiyanın baş naziri Dmitriy Medvedev deyib.

O, əlavə edib ki, əks halda bu bölgədə faciəvi nəticələrə gətirib çıxaracaq.

“Bu məsələnin müzakirəsi, şübhəsiz ki, davam etdiriləcək”, - deyə baş nazir qeyd edib.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR