"Azəryolservis": Bakının küçə və prospektlərində nəqliyyatın fasiləsiz hərəkəti təmin olunub

"Azəryolservis": Bakının küçə və prospektlərində nəqliyyatın fasiləsiz hərəkəti təmin olunub
# 27 yanvar 2016 07:03 (UTC +04:00)

Bakı. Vüsal Nəbiyev – APA-Eonomics. “Hal-hazırda respublikanın avtomobil yollarında, o cümlədən Bakı şəhərinin küçə və prospektlərində nəqliyyatın fasiləsiz hərəkəti təmin olunub”.

Bu barədə “APA-Economics”ə "Azəryolservis" ASC-dən məlumat verilib.

“Yolların qardan təmizlənməsi, buzlaşmış ərazilərə duz, qum səpilməsi məqsədi ilə "Azəryolservis" ASC-nin texnika, maşın-mexanizmləri səfərbər olunaraq gücləndirilmiş iş rejimində çalışırlar. Dağlıq ərazilərdə hələ də qarın yağması davam etdiyindən və güclü şaxta olduğundan yollarda nəqliyyatın təmin olunmuş normal hərəkətinin fasiləsizliyini saxlamaq məqsədi ilə dayanmadan işlər davam etdirilir”, - deyə məlumatda bildirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR