Daşkəsəndə baş verən yol qəzasında biri azyaşlı olmaqla üç nəfər xəsarət alıb

Daşkəsəndə baş verən yol qəzasında biri azyaşlı olmaqla üç nəfər xəsarət alıb
# 10 iyul 2016 19:49 (UTC +04:00)

Daşkəsən. Azər Məmmədli – APA. Daşkəsəndə bir ailənin 3 üzvünün xəsarət alması ilə nəticələnən yol nəqliyyat qəzası baş verib.


APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə rayonun Aşağı Daşkəsən adlanan ərazisində qeydə alınıb.


Rayon sakini 1984-cü il təvəllüdlü Azad Orucovun idarə etdiyi “VAZ 2106” ilə “Hyundai” markalı avtomobilin toqquşması nəticəsində VAZ-ın sürücüsü, onun həyat yoldaşı, 1989-cu il təvəllüdlü Aynur Orucova və onların oğlu 2008-ci il təvəllüdlü İlkin Orucov müxtəlif bədən xəsarətləri alaraq Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına yerləşdiriliblər. Vəziyyətlərinin orta ağır olduğu bildirilir.


Faktla bağlı Daşkəsən rayon Polis Şöbəsində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR