“Aztelekom”un sabiq baş mühasibi və digərlərinin həbs müddəti uzadılıb

“Aztelekom”un sabiq baş mühasibi və digərlərinin həbs müddəti uzadılıb
# 17 may 2016 11:27 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Bu gün Binəqədi Rayon Məhkəməsində “Bakı Rabitə Təmir Tikinti” və “Təmir Təchizat Servis” MMC-lərinin direktoru Bayram Vəliyev, “Aztelekom” MMC-nin baş mühasibi Oktay Rüstəmov və “Optik Rabitə, Tikinti və Quraşdırma” MMC-nin direktoru Namazalı Məmmədov barəsində seçilmiş həbs qətimkan tədbirinin müddətinin uzadılması haqqında istintaq orqanın verdiyi təqdimata baxılıb.

APA-nın məlumatına görə, məhkəmə onların barəsində seçilmiş həbs qətimkan tədbirinin müddətinin 3 ay uzadılmasına qərar verib.

Qeyd edək ki, hər 3 şəxs ötən il noyabr ayında Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən Rabitə və Yüksək Texnologiyalar Nazirliyi sistemində həyata keçirilmiş yoxlamalar nəticəsində saxlanılıb. Onlar Cinayət Məcəlləsinin 179.3.2-ci (külli miqdarda mənimsəmə), 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham olunurlar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR