London metrosuna hücum: 3 yaralı

London metrosuna hücum: 3 yaralı
# 06 dekabr 2015 02:42 (UTC +04:00)

London metrosunda maçete (dəhrə) ilə silahlanmış naməlum şəxsin sərnişinlərə hücumu nəticəsində 3 nəfər yaralanıb. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, insident Leytonstoun stansiyasında baş verib. Yaralılardan birinin vəziyyətinin ağır olduğu bildirilir.

“Telegraph” nəşrinin məlumatına görə, silahlı şəxs hücum edərkən “Bu Suriyaya görədir” deyə çığırıb.

Hadisə yerinə gələn polis əməkdaşları elektroşokerdən istifadə edərək cinayətkarı saxlaya bilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR