Almaniya XİN rəhbəri: “Dağlıq Qarabağ münaqişəsi üzrə ciddi danışıqlar aparılmalıdır”

Almaniya XİN rəhbəri: “Dağlıq Qarabağ münaqişəsi üzrə ciddi danışıqlar aparılmalıdır”
# 12 aprel 2016 21:38 (UTC +04:00)

Bakı-APA. XİN rəhbəri Frank-Valter Ştaynmayer Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə ciddi danışıqlar aparılmasının vacibliyini qeyd edib.

Berlində “üçlüyün” keçirəcəyi görüşdən əvvəl açıqlama verən nazir qeyd edib ki, münaqişə tərəflərinin atəşkəsin bərpa edilməsinə nail olmasını alqışlayıb: “Lakin status-kvo təhlükəsizliyi təmin edə bilməz”.

Qeyd edək ki, “üçlüyə” ATƏT-ə sədrik edən ölkə, həmçinin təşkilatın ötən ilki və gələn ilki sədrləri daxildir.

Hazırda Almaniya ATƏT-ə sədrik edir, ötən il Serbiya rəhbərlik edib, gələn il isə qurumun sədri Avstriya olacaq.

Görüşdə həmçinin ATƏT-in baş katibi Lamberto Zanyer iştirak edir.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR