Azərbaycan prezidentinin Pekində rəsmi qarşılanma mərasimi olub

Azərbaycan prezidentinin Pekində rəsmi qarşılanma mərasimi olub
# 10 dekabr 2015 13:33 (UTC +04:00)

APA-nın məlumatına görə, burada dövlət başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Çin Xalq Respublikasının sədri Si Cinpin Azərbaycan prezidenti İlham Əliyevi qarşılayıb. Çinin rəsmi şəxsləri prezident İlham Əliyevə, Azərbaycan nümayəndə heyətinin üzvləri isə Si Cinpinə təqdim olunub.

Hərbi orkestrin ifasında Azərbaycan və Çinin dövlət himnləri səslənib. Fəxri qarovul dəstəsinin rəisi prezident İlham Əliyevə raport verib, dövlət başçıları fəxri qarovul dəstəsinin qarşısından keçiblər. Əllərində Azərbaycan və Çinin bayraqları olan uşaqlar dövlət başçılarını salamlayıblar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR