Həsən Ruhani: “İran və Türkiyə arasında əməkdaşlıq Yaxın Şərqdə sabitliyə xidmət edəcək"

Həsən Ruhani: “İran və Türkiyə arasında əməkdaşlıq Yaxın Şərqdə sabitliyə xidmət edəcək"
# 06 mart 2016 00:32 (UTC +04:00)

Bakı-APA. İran və Türkiyə arasında əməkdaşlıq Yaxın Şərqdə sabitliyə xidmət edəcək.

APA-nın İRNA agentliyinə istinadən verdiyi məlumata görə, bunu İran prezidenti Həsən Ruhani Türkiyə baş naziri Əhməd Davudoğlu ilə görüşdə bəyan edib.

"Şübhəsiz ki, İran və Türkiyə arasında əməkdaşlıq Yaxın Şərqdə sülhün bərqərar olmasında konstruktiv rol oynayacaq. Hər iki ölkənin məram və məqsədi eynidir. İran və Türkiyə terrorla mübarizədə səylərini birləşdirərək ümumi düşmən olan terrorçuluğa qarşı mübarizə aparmalıdırlar”, deyə H.Ruhani bildirib.

İran prezidenti qeyd edib ki, regional problemlərin həlli üçün onların əsas səbəblərinin aradan qaldırılması lazımdır. “Bəzi dövlətlər bu problemlərin həllində maraqlı deyillər, əksinə bundan öz məqsədləri üçün istifadə edirlər”, deyə İran prezidenti vurğulayıb.

Suriyadakı vəziyyətə toxunan H.Ruhani deyib ki, hər bir dövlətin ərazi bütövlüyünə hörmətlə yanaşmaq lazımdır: “Hər bir ölkənin gələcəyini onun xalqı müəyyən edir. Tehran və Ankara effektiv tədbirlər həyata keçirərək, addım-addım Suriyada müharibəyə son qoymağa, qanın tökülməsinin dayandırılması və qaçqın probleminin həllində səy göstərməlidirlər”.

İran prezidenti qeyd edib ki, regional problemlər İran-Türkiyə münasibətlərinin inkişafına mane olmamalıdır: “Energetika, nəqliyyat, ticarət, birgə müəssisələrin yaradılması, turizm, elm və texnologiya kimi sahələrdə böyük potensialımız mövcuddur”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR