“Şahdağ Turizm Mərkəzi” tender elan edib

“Şahdağ Turizm Mərkəzi” tender elan edib
# 26 avqust 2016 07:20 (UTC +04:00)

Bakı. Mədəniyyət və Turizm Nazirliyinin “Şahdağ Turizm Mərkəzi” QSC tender elan edib.

Şirkətdən “APA-Economics”ə verilən məlumata görə, tender 1 lot - yaşıllaşdırma xidmətinin satınalınması üzrə keçirilir. Tender iştirakçıları təkliflərini möhürlənmiş, imzalanmış şəkildə ikiqat zərflərdə yazılı surətdə təqdim etməlidir.

Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlara malik olmalıdırlar. Tenderdə iştirak etmək istəyənlər üçün iştirak haqqı 250 manat təşkil edir: “İştirak haqqı heç bir halda geri qaytarılmır. İddiaçılar tenderdə iştirak etmək üçün yazılı müraciət etməli və tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi, tender təklifi, tender təklifi dəyərinin 1%-i həcmində bank təminatı, Azərbaycanda vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqanından arayış, iddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti, iddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı, iddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri aidiyyatı üzrə təqdim etməlidir”.

İddiaçılar tenderdə iştirak etmək üçün yuxarıda göstərilən sənədləri (tender təklifi və bank təminatı istisna olmaqla) 5 oktyabr 2016-cı il saat 16:00-a qədər, tender təklifi və bank təminatını isə möhürlənmiş ikiqat zərfdə oktyabrın 13-də saat 16:00-a qədər Bakı şəhəri, Ceyhun Hacıbəyli küçəsi, döngə 2, 2b nömrəli ünvana təqdim etməlidirlər.

İddiaçıların təklifləri bu ilin oktyabrın 14-də açılacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR