“Əli və Nino” filmi kinoteatrlarda nümayiş olunacaq

“Əli və Nino” filmi kinoteatrlarda nümayiş olunacaq
# 23 avqust 2016 13:52 (UTC +04:00)

Bakı. Cavid Zeynallı - APA. “Əli və Nino” filmi tezliklə Bakıda nümayiş olunacaq.

APA-nın xəbərinə görə, bu barədə CinemaPlus kinoteatr şəbəkəsinin rəsmi facebook səhifəsində məlumat verilib.

Film Qurban Səidin ilk dəfə 1937-ci ildə nəşr edilmiş eyni adlı romanı əsasında romantik dram janrında, Kristofer Hemptonun ssenari müəllifliyi, Asif Kapadianın rejissorluğu ilə çəkilib.

Əsas çəkilişləri Azərbaycan və Türkiyədə aparılan filmdə baş rolları Mariya Valverde və Adam Bakri canlandırıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR