Azərbaycan qızıl ehtiyatının 12%-ni satıb

Azərbaycan qızıl ehtiyatının 12%-ni satıb
# 23 dekabr 2016 11:51 (UTC +04:00)

Azərbaycan öz qızıl ehtiyatlarından cari ilin noyabr ayında 95 min unsiya (təqribən 3 ton) qızıl satıb. "APA-Economics" xəbər verir ki, bu barədə Beynəlxalq Valyuta Fondunun açıqladığı hesabatda deyilir.

Hesabata əsasən, qeyd edilən rəqəm Azərbaycanın ümumi qızıl ehtiyatlarının 12%-ni təşkil edir.

Beləliklə, Azərbaycanın qızıl ehtiyatı 22 ton 15 kq səviyyəsinə enib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR