“Bakcell”in “Virtual Futbol Çempionatı”nın qalibi ABŞ-dan qayıdıb - FOTOSESSİYA

“Bakcell”in “Virtual Futbol Çempionatı”nın qalibi ABŞ-dan qayıdıb  - <span style="color: red;">FOTOSESSİYA
# 07 avqust 2015 15:32 (UTC +04:00)

Bakı. Vüsal Nəbiyev – APA-Economics. “Bakcell” şirkəti tərəfindən cari ilin fevral-aprel aylarında “Futbol Bakcell ilə” layihəsi çərçivəsində təşkil olunan “Bakcell Virtual Futbol Çempionatı”nın qalibi Hacı Mirzəməmmədov Mançester Yunayted - Barselona oyununu izləmək və Mançester Yunayted futbol klubunun oyunçuları ilə görüşmək üçün ABŞ-a səfər edib.

Şirkətdən “APA-Econmics”ə verilən məlumata görə, Hacı səfər çərçivəsində Memfis Depay, Matteo Darmian, Eşli Yanq, Maruan Fellaini, Ander Errera, David De Hea kimi ulduz oyunçularla görüşərək virtual futbol oynamaq imkanı qazanıb.

ABŞ-nın Kaliforniya ştatında keçirilən Mançester Yunayted - Barselona oyununu “Bakcell” şirkətinin xüsusi qonağı qismində izləyən Hacı bu səfər haqqında təəssüratlarını bölüşüb: “Bu yarış olmasaydı, mənim yəqin ki heç vaxt Mançester Yunayted ulduzları ilə ABŞ-da görüş imkanım olmayacaqdı. “Bakcell” şirkətinin təşkil etdiyi virtual futbol çempionatında iştirak etdiyimə və qalib gəldiyimə görə çox sevinirəm. Yaradılan bütün imkanlara görə və ömür boyu xatırlayacağım ən gözəl anlar yaşatdığına görə “Bakcell” şirkətinə böyük minnətdarlığımı bildirirəm”.

“Ümidvaram ki, biz çempionatın qalibi olan Hacı Mirzəməmmədovun gözləntilərini qarşıladıq və o, ABŞ-da tətilini səmərəli keçirib. AFFA və Mançester Yunayted ilə birlikdə həyata keçirdiyimiz “Futbol Bakcell ilə” layihəsi çərçivəsində Azərbaycanda futbolun inkişafına bütün səviyyələrdə dəstək olmağa çalışırıq. Futbol hamı üçündür. Bu oyunu real həyatda oynamayan insanlar da oyunları izləməkdən və ya “PlayStation”da virtual şəkildə oynamaqdan böyük həzz alırlar. Bunu nəzərə alaraq təşkil etdiyimiz “Bakcell Virtual Futbol Çempionatı” sayəsində sağlam idman rəqabətinin təşviq olunması və gənclərin boş vaxtlarını daha səmərəli keçirməsi üçün əlavə imkan yaratmış olduq. Bu çempionata maraq çox böyük olub və 7000 nəfərə yaxın məktəbli qatılıb. Onlayn oyunlar oynamağı sevənlər üçün “Bakcell” yüksək sürətli internet bağlantısını təmin edir. Virtual oyun həvəskarları üçün biz gələcəkdə də eksklüziv imkanlar və məhsullar təqdim etməyi planlaşdırırıq”, - deyə “Bakcell” şirkətinin baş marketinq direktoru Mariya Toyçeva bildirib.

Qeyd edək ki, “Bakcell Virtual Futbol Çempionatı” bu ilin fevral-aprel aylarında respublikanın paytaxtında və 8 regionunda yerləşən orta məktəblərin 9, 10 və 11-ci sinif şagirdləri arasında keçirilib. Aprelin 26-sı baş tutan final görüşünün qalibi Hacı Mirzəməmmədov olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR