Apreldə bank sektoruna 114 nəfər işçi daxil olub

Apreldə bank sektoruna 114 nəfər işçi daxil olub
# 01 iyun 2018 10:12 (UTC +04:00)

2018-ci il mayın 1-nə Azərbaycanda bank sektoru işçilərinin sayı 16503 nəfər təşkil edib.

"APA-Economics" xəbər verir ki, bu barədə Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) açıqladığı statistikada deyilir.

Rəqəmlərin təhlili göstərir ki, bu ilin mart ayı ilə müqayisədə apreldə bank sektorunda çalışanların sayı 114 nəfər artıb. Yanvar ayının əvvəlinə olan göstəriciyə əsasən, bank sektorunda çalışanların sayı 16171 nəfər olub. Ümumilikdə, bu il sektor üzrə işçilərin sayında 332 nəfərlik və ya 2,1%-lik artım olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR