Lənkəranda ötən ilin oktyabrında sel sularının yuduğu körpü bərpa olunur

Lənkəranda ötən ilin oktyabrında sel sularının yuduğu körpü bərpa olunur
# 02 fevral 2018 08:58 (UTC +04:00)

Lənkəranda ötən ilin oktyabr ayında sel sularının yuduğu körpü yenidən bərpa olur.

APA-nın cənub bürosunun məlumatına görə, rayon mərkəzindən 15 km. uzaqlıqda yerləşən Əşlə kəndi ərazisindəki körpü Mollakənd və Əşlə kəndlərini birləşdirir.

Uzunluğu 40, eni 4,5 metr olan dəmir-beton konstruksiyalı yeni körpünün yükgötürmə qabiliyyəti 50 tondur.

Texniki işlər qurularkən bütün kriteriyalar nəzərə alınıb. Körpünün altında, çay məcrasında monolit-beton bünövrə tökülüb. Bünövrəyə əlavə dəmir borular qoyulmaqla yeni dayaqlar inşa olunub və körpünün altından aşırım tirlərinə bərkidilib. Bu da bünövrənin sel daşqınlarında sıradan çıxmasının qarşısını alacaq. Betonlama işləri yekunlaşandan sonra körpünün üstü asfaltlanaraq fevral ayının birinci ongünlüyündə tam istismara veriləcək.

Qeyd edək ki, Əşlə kəndində 117 ev olmaqla 500 nəfər əhali yaşayır. Bu kəndin məktəbində 94 şagird təhsil alır. Hazırda kənd sakinləri körpü olmadığından nəqliyyatın hərəkəti üçün alternativ yol kimi Siyabili kəndindən keçən yoldan istifadə edirlər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR