Azərbaycanda özunəxidmət portalı istifadəyə veriləcək

Azərbaycanda özunəxidmət portalı istifadəyə veriləcək
# 07 mart 2019 17:43 (UTC +04:00)

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin nəzdində fəaliyyət göstərən "AzInTelecom" MMC özunəxidmət portalının yaradılması istiqamətində işlər aparır.

Bu barədə ONA-ya "AzInTelecom"un kommersiya departamentinin rəhbəri Ruslan Əliyev məlumat verib.

Onun sözlərinə görə, portal proseslərin avtomatlaşdırmasında böyük rola malik olacaq ki, bu da müştərilərə öz şəbəkə mühitlərini vahid məkana qoşmaqla onlara müxtəlif xidmətlərdən istifadə etməsinə imkan yaradacaq: “Portalda “fərdi kabinet” yaradılacaq ki, bu da istifadəçilərə lazım olan xidmətləri idarə etməyə imkan verəcək. Hazırda biz öz məsullarımızı inkişaf etdiririk və çalışırıq ki, DATA-mərkəzimiz təkcə verilənlərin saxlanması ilə məşğul olmasın, eləcə də sifarişçilərimizə lazım olan “bulud” xidmətlərini istifadə etməyə, öz biznes proseslərini optimallaşdırmağa imkan yaratsın”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR