"Amrah Sığorta"nın öhdəlikləri 80,5% artıb

"Amrah Sığorta"nın öhdəlikləri 80,5% artıb
# 30 mart 2017 08:26 (UTC +04:00)

"Amrah Sığorta" ASC ötən il aktivlərini artırıb. "APA-Economics" şirkətin yaydığı hesabata əsasən xəbər verir ki, "Amrah Sığorta"nın məcmu aktivləri 2015-ci illə müqayisədə 3,6% artaraq 6 mln. 846,644 min manat olub.


Hesabat dövründə şirkətin uzunmüddətli aktivləri 34,899 min manat, qısamüddətli aktivləri 6 mln. 811,745 min manat təşkil edib.


Hesabat dövründə şirkətin öhdəlikləri 80,5% artaraq 2 mln. 643,275 min manat olub. 2015-ci ildə şirkətin uzunmüddətli öhdəlikləri 2 mln. 629,779 min manat, qısamüddətli öhdəlikləri isə 13,496 min manat təşkil edib.

Ötən ilin sonuna şirkətin nizamnamə kapitalı dəyişməyərək 5 mln. manat, cəmi kapitalı isə 18,3% azalaraq 4 mln. 203 min 368,87 manat təşkil edib.

2016-cı ildə “Amrah Sığorta”nın cəmi gəlirləri 1 mln. 946 min 139,51 manat, cəmi xərcləri 1 mln. 388 min 261,49 manat olub.

Şirkət ötən ili 557 min 878,02 manat xalis mənfəətlə başa vurub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR