Masallıda yanğın olub

Masallıda yanğın olub
# 20 iyul 2017 14:10 (UTC +04:00)

Masallı rayonunda yanğın hadisəsi baş verib.

APA-nın cənub bürosunun verdiyi məlumata görə, hadisə Masallının Yeddioymaq kəndində qeydə alınıb.

Dərhal hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Masallı Yanğından Mühafizə Hissəsinin 2 avtomaşını və xeyli sayda canlı qüvvəsi cəlb olunub. Yanğın zamanı yol kənarında olan kol-kos və palıd ağaclarına ziyan dəyib.

Yanğının əhatə dairəsinin genişlənməsinin qarşısı alınıb. Yanğın, yanğınsöndürənlər tərəfindən tam söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR